Qapıçı zədələndi, xərəkdə aparıldı - FOTO

Hazırda oxunan: Qapıçı zədələndi, xərəkdə aparıldı - FOTO

642793

“Çelsi”nin qapıçısı Emiliano Martines İngiltərə Premyer Liqasının 7-ci turunda “Everton”la matçda zədələnib.

Bizim.Media xəbər verir ki, argentinalı qolkiper müdafiəçi Cered Brentueytlə toqquşduqdan sonra xərəkdə meydandan çıxarılıb. 
 

2022-ci il dünya çempionu görüşün 75-ci dəqiqəsində Mayk Penderslə əvəzlənib.

Qeyd edək ki, Martines ötən yay “Çelsi”yə keçib. O, London klubunun heyətində bütün turnirlərdə 6 oyunda iştirak edib və bu matçların birində qapısını toxunulmaz saxlayıb.

Qapıçının klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin