Şəmkirdə tanışını qətlə yetirməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən F.P. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında Şəmkir rayonunda baş verib. Belə ki, yeniyetmə şəxsi münasibətlər zəminində tanışı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (Apa.az)
Bizim.Media



































































































