Yay aylarlarının sonunda Rusiya rublu dünyanın ən çox dəyərdən düşmüş valyutaları reytinqindəki birinci yeri itirərək onu Filippin pesosuna verib.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentlik qiymətləndirmə üçün dünyanın ən böyük iqtisadiyyatlarında bir burger, kartof-fri və bir stəkan koladan ibarət dəstin dəyərini müqayisə edib.
Əldə edilən məlumatlar əsasında milli valyutaların ABŞ dollarına nisbətən alıcılıq qabiliyyəti pariteti (AQP) üzrə təqribi məzmunu hesablanıb.
Hesablamalara görə, rublun AQP üzrə məzmunu hər dollar üçün 32,42 rubl təşkil edir ki, bu da cari məzmun vəziyyətindən 2,68 dəfə aşağıdır. Bir il əvvəl bu göstərici hər dollar üçün 24,5 rubl təşkil edirdi, faktiki məzmun ilə fərq isə 3,3 dəfəyə çatırdı.
İndi rubl ən çox dəyərdən düşmüş valyutalar arasında beşinci yeri tutur. Birinci pilləni Filippin pesosu tutub: onun dollara nisbətən məzmunu AQP üzrə hesablanmış dəyərdən 3,75 dəfə aşağı olub.
İkinci yerdə 3,67 dəfəlik fərqlə İndoneziya rupisi, üçüncü yerdə isə 3,24 dəfə dəyərdən düşmüş Hindistan rupisi qərarlaşıb. Dördüncü mövqeni məzmunu AQP üzrə hesablanmış dəyərdən təxminən üç dəfə aşağı olan İran rialı tutub.
Sentyabrın 1-dən etibarən Rusiyanın ən böyük bankları müştərilərə rəqəmsal rubl ilə əməliyyatlar aparmaq imkanı təqdim edəcək.
Bundan istifadə etmək məcburi deyil: rəqəmsal cüzdan avtomatik olaraq açılmayacaq, əməkhaqqı və ya pensiya isə insanın razılığı olmadan rəqəmsal rubla köçürülə bilməz.
Bizim.Media



































































































