Misli Premyer Liqasının II turunda "Zirə" evdə "İmişli"ni məğlub edib.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Zirə"nin heyətində 43-cü dəqiqədə Eren Aydın hesabı açıb. 80-ci dəqiqədə isə Ruan Renato fərqi artırıb. Komandanın 3-cü qolunu Davit Volkov 90+6-cı dəqiqədə vurub. "İmişli"nin yeganə qolunu isə Dioqo Almeyda 82-ci dəqiqədə rəqib qapısından keçirib.
Qeyd edək ki, turun bu gün baş tutan "Qəbələ" - "Şəfa" matçında qonaqlar 1:0 hesablı qələbə qazanıb. II tura avqustun 23-də yekun vurulacaq.
Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:17 / 22.08.2026
"Zirə" evdə "İmişli"ni məğlub etdi
Hazırda oxunan: "Zirə" evdə "İmişli"ni məğlub etdi
Hazırda oxunan: "Zirə" evdə "İmişli"ni məğlub etdi
632552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































