Azərbaycanda bu məhsullar BAHALAŞIB

Hazırda oxunan: Azərbaycanda bu məhsullar BAHALAŞIB

632498

2026-cı ilin iyul ayında Azərbaycanda süd və süd məhsulları, yumurtanın qiyməti ötən ilin eyni ayı ilə müqayisədə 10,3 faiz artıb.

Bizim.Media xəbər verir ki, bu barədə “modern.az” Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, illik müqayisədə ət və ət məhsulları 7,7 faiz, balıq və balıq məhsulları isə 7,5 faiz bahalaşıb.

İyun ayı ilə müqayisədə süd və süd məhsulları, yumurtanın qiyməti 0,8 faiz, ət və ət məhsullarının qiyməti 0,5 faiz artıb. Balıq və balıq məhsullarının qiyməti isə 0,1 faiz azalıb.

Müqayisə üçün bildirək ki, 2026-cı ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən süd və süd məhsulları, yumurta 10,3 faiz, balıq və balıq məhsulları 8,3 faiz, ət və ət məhsulları 8,2 faiz bahalaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin