Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Hazırda oxunan: Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

632540

Goranboyda  ağır zəncirvari qəzada ölən və yaralananlar var. 

Goranboyda ölümlə və xəsarətlə nəticələnən ağır  yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Naftalan yolunda baş verib.

Hərəkətdə olan “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobilləri toqquşub.

Zəncirvari qəza zamanı 2 nəfərin öldüyü bir neçə nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Hadisə yerinə  DYP və təcili tibbi yardım briqadaları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin