Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsi anıldı – FOTO

Hazırda oxunan: Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsi anıldı – FOTO

632495

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Aznaurov İsgəndər Söhrab oğlunun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq, şərəfli həyat yolundan danışıblar.

Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin