Yaponiyada 5,9 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanlar avqustun 23-ü yerli vaxtla saat 02:00-da İbaraki prefekturasında qeydə alınıb.
Zəlzələnin ocağı təxminən 70 kilometr dərinlikdə yerləşib. Təkanların maksimal intensivliyi yaşayış məntəqələrindəki silkələnmə gücünü nəzərə alan Yaponiyanın yeddiballıq şkalası üzrə 5 bala çatıb.
Zəlzələ ilə bağlı yeraltı təkanlar barədə təcili xəbərdarlıq edilib. Sunami təhlükəsi elan olunmayıb.
Bizim.Media





































































































