Polis 94 borclu şəxsi saxladı

Hazırda oxunan: Polis 94 borclu şəxsi saxladı

632526

Daxili İşlər Nazirliyi (DİN) avqustun 21-də ölkə ərazisində keçirilən əməliyyat tədbirlərinin nəticələrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, gün ərzində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olan ümumilikdə 107 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Polis əməkdaşları narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən ediblər.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin