Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

Hazırda oxunan: Prezident İlham Əliyev Özbəkistana SƏFƏR EDƏCƏK

632519

Azərbaycan Prezidenti İlham Əliyev 23-24 avqust tarixlərində Özbəkistana dövlət səfəri edəcək.

Bizim.Media “gazeta.uz”a istinadla xəbər verir ki, bu barədə Özbəkistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin bu dövlət səfəri Şavkat Mirziyoyevin dəvəti ilə baş tutacaq. Səfər çərçivəsində o, həmkarı Şavkat Mirziyoyev ilə danışıqlar aparacaq və Ali Dövlətlərarası Şuranın üçüncü iclasına qatılacaq.

Daşkənddəki proqrama ali səviyyəli rəsmi görüşlər və hər iki ölkə prezidentinin həmsədrliyi ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclası daxildir.

Görüşlərdə əsas diqqət Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin gücləndirilməsinə yönəldiləcək.

"İkitərəfli ticarətin artırılmasına, biznes və regionlararası əməkdaşlığın möhkəmləndirilməsinə, nəqliyyat-tranzit sektorunun imkanlarından səmərəli istifadəyə, həmçinin aktiv mədəni-humanitar mübadilənin davam etdirilməsinə xüsusi önəm veriləcək", - məlumatda bildirilib. 

Dövlət başçıları həmçinin beynəlxalq və regional gündəmdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaq, çoxtərəfli təşkilatlar daxilindəki əməkdaşlığı nəzərdən keçirəcəklər.

Danışıqların yekununda geniş sənədlər paketinin imzalanması, eləcə də bir sıra iqtisadi və humanitar layihələrə start verilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin