Azərbaycan onları axtarır - SİYAHI

Hazırda oxunan: Azərbaycan onları axtarır - SİYAHI

632500

Hazırda Azərbaycanda insan alveri cinayət əməlləri ilə bağlı 15 təqsirləndirilən şəxs axtarışdadır.

Bizim.Media “moder.az”a istinadla xəbər verir ki, onlardan bir qismi insan alveri, digərləri isə insan alveri və fahişəliyə cəlb etmə cinayətləri ilə əlaqədar axtarılır.

Axtarışda olan şəxslərdən 9-u barəsində həbs qətimkan tədbiri seçilib və onlar İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.

Axtarışda olan şəxslərin siyahısı:

Güləhmədzadə İsmayıl Rahib oğlu - 25 sentyabr 1997-ci ildə Bakı şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2026-cı ildə axtarış elan edilib.

Məmmədova Nəzakət Musa qızı - 11 oktyabr 1970-ci ildə Ermənistan Respublikasında anadan olub, Yexeqnadzor rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2026-cı ildə axtarış elan edilib.

Məmmədov Vüsal Ələkbər oğlu - 10 iyun 1989-cu ildə Naxçıvanda anadan olub, Şərur rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə maddəsi ilə 2024-cü ildə axtarış elan edilib.

Hacıyeva Qızqayıt Rafiq qızı - 26 avqust 1984-cü ildə Abşeron rayonunda anadan olub, Abşeron rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2024-cü ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Şiriyeva Vüsalə Raqib qızı - 16 may 1981-ci ildə Astara rayonunda anadan olub, Astara rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2024-cü ildə axtarış elan edilib.

Məmmədova Gülnarə Vladimir qızı - 3 aprel 1979-cu ildə Lənkəran şəhərində anadan olub. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2022-ci ildə axtarış elan edilib.

Orucova Ruhəngiz Şükür qızı - 14 yanvar 1987-ci ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Qurbanzadə Şəkər Ağabala qızı - 7 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olub.

Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.

İsayeva Azadə Eynəli qızı - 14 may 1964-cü ildə Lənkəran rayonunda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2020-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Şöhrət Savalan qızı - 19 yanvar 1978-ci ildə Goranboy rayonunda anadan olub, Goranboy rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Abdiyeva Hicranə Rəcəb qızı - 28 iyul 1969-cu ildə Quba şəhərində anadan olub, Quba şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Cəfərova Esmira Sabir qızı - 18 avqust 1972-ci ildə Bakı şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Qədirli Zeynəb Böyükağa qızı - 15 dekabr 1978-ci ildə Kürdəmir şəhərində anadan olub, Kürdəmir şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Quliyeva Validə Tahir qızı - 1 noyabr 1964-cü ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2012-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Gülxanım Xudam qızı - 20 iyun 1964-cü ildə Cəlilabad rayonunda anadan olub, Cəlilabad rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin