İran Qətər, Küveyt və BƏƏ-yə kəskin xəbərdarlıq edərək, bu ölkələri ABŞ qoşunlarına öz ərazilərini verməkdə ittiham edib.
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü İbrahim Rzayi öz ərazilərində Amerika qüvvələrinin mövcudluğuna görə Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı kəskin təhdidlərlə çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “X” sosial hesabında paylaşım edib.
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü bəyan edib ki, bu dövlətlərin aerodromlarında ABŞ ordusunun qırıcıları və yanacaqdolduran təyyarələri yerləşdirilib.
Onun fikrincə, qonşu ölkələr faktiki olaraq öz ərazilərini düşmən üçün möhkəmləndirilmiş səngərə çeviriblər.
"ABŞ hərbi və yanacaqdolduran təyyarələrinin Qətər, Küveyt, BƏƏ və digər ölkələrin hava limanlarına endiyi barədə məlumatlar gəlir. Onlar öz ərazilərini düşmən səngərinə çeviriblər. Sonra şikayətlənməsinlər", - deyə iranlı sitasətçi paylaşımda qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Region
21:57 / 22.08.2026
İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ
Hazırda oxunan: İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ
Hazırda oxunan: İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ
632541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































