Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

Hazırda oxunan: Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ

632517

Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev “Nadir şah Əfşarın İmperiyası (1736-1747)” adlı xəritə paylaşıblar.

Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, bu xəritə “Azərbaycan tarixi atlası”na (baş redaktor: akademik Yaqub Mahmudov), “Azərbaycan Respublikasının Milli Atlası”na və “Azərbaycan tarixi xəritələrdə” atlasına (elmi redaktor: akademik Yaqub Mahmudov) daxil edilib.

“Paylaşdığımız xəritənin müəllifi tarix elmləri doktoru, professor Tofiq Mustafazadədir. Dahi Azərbaycan sərkərdəsi Nadir şahın yaratdığı Əfşar İmperiyasının sərhədləri Dərbənddən Türküstanın və Hindistanın içərilərinə, Hind okeanı sahillərinə qədər uzanırdı.

Bu, Azərbaycan tarixinin ən böyük imperiyasıdır. Azərbaycan tarixinin ən uzunömürlü imperiyası isə 235 il mövcud olmuş Səfəvi İmperiyasıdır (1501-1736)”, - deyə tarixçilər bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin