Buna görə Avropanın birinci aeroportu oldu

Hazırda oxunan: Buna görə Avropanın birinci aeroportu oldu

632548

Türkiyənin İstanbul Hava Limanı gündəlik orta hesabla 1665 uçuşla növbəti dəfə Avropanın ən intensiv trafiklə çalışan aeroportu olub.

Bizim.Media xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu yazılı açıqlamasında Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) avqustun 20-də yayımladığı Avropa Aviasiyasına Ümumi Baxış Hesabatını dəyərləndirib.

O bildirib ki, avqustun 10-dan 16-dək olan dövrdə Türkiyə gündəlik orta hesabla 4 400 uçuşla Avropada ən yüksək hava nəqliyyatı həcminə malik ölkələr arasında 6-cı sırada yer alıb.

Türkiyə bu göstərici ilə Yunanıstan, Polşa, Niderland və Portuqaliya kimi ölkələri geridə qoyub.
Uraloğlu İstanbul Hava Limanının gündəlik orta hesabla 1665 uçuşla yenidən Avropanın ən sıx qrafikə malik hava limanı olduğunu vurğulayıb.
 

“İstanbul Hava Limanı Paris Şarl de Qoll, Amsterdam və London Hitrou hava limanlarını geridə qoyub. Gündəlik orta hesabla 1037 uçuşla Antalya Hava Limanımız isə Avropanın ən sıx 9-cu hava limanı olub”, – deyə nazir bildirib.


Uraloğlu qeyd edib ki, avqustun 10-dan 16-dək qlobal miqyasda ən çox trafikə malik 25 hava limanı arasında İstanbul Hava Limanından gündəlik orta hesabla 843 təyyarə yola düşüb. Bu göstərici ilə İstanbul Hava Limanı dünya üzrə 6-cı yerdə qərarlaşıb. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin