Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub- Eldar Əzizov açıqladı

Hazırda oxunan: Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub- Eldar Əzizov açıqladı

632501

Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.

“Maraqlı məqam ondan ibarətdir ki, son 20 ildə şəhərə 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir”, – deyə E.Əzizov bildirib.

E.Əzizov qeyd edib ki, bu gün Bakı aqlomerasiya ilə birlikdə üç milyondan çox sakini əhatə edir.

Onun sözlərinə görə, şəhərdə Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionu və “Alov qüllələri” də daxil olmaqla, müasir memarlığın yeni nümunələri yaradılıb.

E.Əzizov vurğulayıb ki, Bakı təkcə inkişaf edən meqapolis deyil, həm də şəhər infrastrukturuna investisiya yatırımları üçün platformadır.

“Ən əsası isə şəhər təhlükəsizdir. Üstəlik, təhlükəsizlik yalnız küçələrdə asayiş, təmizlik və hüquq-mühafizə sisteminin səmərəli fəaliyyəti ilə təmin olunmur. Bakı həmçinin şəhər infrastrukturuna investisiya yatırımları üçün təhlükəsiz şəhərdir”, – deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin