“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

Hazırda oxunan: “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDI

632532

2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) 21.08.2026-cı il tarixində saat 23:00 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

“Sifətin, boyunun, hər iki yuxarı ətrafların ön və arxa səthlərin III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti kritik ağır qiymətləndirilir”, - məlumatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin