ABŞ Dövlət Departamentindən Konqresə 907-ci düzəlişlə bağlı BİLDİRİŞ - FOTO

Hazırda oxunan: ABŞ Dövlət Departamentindən Konqresə 907-ci düzəlişlə bağlı BİLDİRİŞ - FOTO

631334

ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın ABŞ-nin Azadlığa Dəstək Aktına 907-ci düzəlişdə nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması barədə bildiriş göndərib.

Bizim.Media xəbər verir ki, ABŞ Konqresinin rəsmi protokoluna əsasən, iyulun 28-də Dövlət Departamenti müvafiq sənədi Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.
 

Qeyd edək ki, 1992-ci ildə qəbul edilən 907-ci düzəliş Azərbaycana ABŞ yardımının göstərilməsinə məhdudiyyətlər qoyur.


2001-ci ildə Konqres ABŞ prezidentinə bu düzəlişin qüvvəsini dayandırmaq səlahiyyəti verib.

Həmin vaxtdan etibarən ABŞ prezidentləri hər il 907-ci düzəlişin tətbiqinin dayandırılması qərarını uzadır və bu barədə Konqresi məlumatlandırırlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin