ABŞ-ın müdafiə naziri Pit Heqset sosial şəbəkələrdə növbəti dəfə istehza obyektinə çevrilib.
Bizim.Media xəbər verir ki, buna səbəb nazirin hərbi bazada çıxışı zamanı burnunu əli ilə sildikdən sonra həmin əli ilə saçlarını sığalladığı görüntülərin sosial şəbəkələrdə sürətlə yayılması olub.
Hadisə avqustun 10-da Cənubi Karolinadakı Çarlston Birgə Hərbi Bazasında baş verib. Heqset çıxışı zamanı kameraların qarşısında burnunu əli ilə silib, daha sonra isə həmin əli ilə saçlarını düzəldib.
Görüntülər X sosial şəbəkəsində sürətlə yayılıb və istifadəçilər nazirin hərəkətini ələ salıblar.
“İndi bu yağlı tipin saçları üçün bu qədər yağı haradan əldə etdiyini bilirəm”, - istifadəçilərdən biri yazıb.
Başqa bir istifadəçi isə “Problem yoxdur, bir çox sərt oğlan saç geli əvəzinə burun seliyindən istifadə etməyi sevir”, - deyə kinayə edib.
Digər şərhdə isə “Siz onun saç geli istifadə etdiyini düşünürdünüz?” yazılıb və bu, “təbii saç geli” adlandırılıb.
Bəzi istifadəçilər Heqsetin çıxış zamanı gərgin və narahat göründüyünü də qeyd ediblər.
Görüntülərin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri nazirin 2019-cu ildə verdiyi mübahisəli açıqlamanı da xatırladıblar. Heqset həmin vaxt Fox & Friends proqramında əllərini demək olar ki, heç vaxt yumadığını və mikrobların mövcudluğuna inanmadığını bildirmişdi.
Nazir sonradan bu sözlərinin zarafat olduğunu desə də, yeni görüntülər onun gigiyena vərdişləri ilə bağlı əvvəlki müzakirələri yenidən gündəmə gətirib.
Pete Hegseth wipes his nose, then runs his hand through his hair pic.twitter.com/CXml9BpeER
— Aaron Rupar (@atrupar) August 10, 2026
Bizim.Media

































































































