İran və Oman Hörmüz boğazı ilə bağlı razılığa gəldi

Hazırda oxunan: İran və Oman Hörmüz boğazı ilə bağlı razılığa gəldi

631388

İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üçün yeni marşrutla bağlı razılığa gəlib.

Bizim.Media xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Bəqai Tehranın və Maskatın gəmilərin boğazdan keçəcəyi marşrutu təsdiqlədiyini bildirib.

Onun sözlərinə görə, bəzi məsələlər hələ də müzakirə olunur.

Avqustun 5-də Bəqai İran və Oman tərəflərinin Hörmüz boğazından keçəcək yeni marşrutun coğrafi koordinatlarını razılaşdırdığını açıqlamışdı.

Bununla belə, gələcək razılaşma boğazın dərhal açılmasını nəzərdə tutmur. İran rəsmisi bildirib ki, bu məsələ ABŞ-ın atacağı addımlardan asılı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin