İran və Tacikistan enerji sektorunda uzunmüddətli əməkdaşlıq barədə razılığa gəliblər.
Bizim.Media “Fars” agentliyinə istinadla xəbər verir ki, razılaşma iki əsas istiqaməti əhatə edir.
Bunlardan biri İranın neft məhsullarının Tacikistana uzunmüddətli müqavilə əsasında ixracı, digəri isə Tacikistandakı neft emalı zavodlarının ehtiyac duyduğu xam neftin tədarüküdür.
Razılaşmaya əsasən, İran Tacikistanın neft məhsullarına olan tələbatının bir hissəsini uzunmüddətli müqavilə çərçivəsində təmin edəcək.
Bu əməkdaşlığın Tacikistanın yanacaq təminatının genişləndirilməsinə və İranın Mərkəzi Asiya ölkələri ilə enerji əlaqələrinin genişlənməsinə imkan verəcəyi bildirilir.
Bizim.Media



































































































