Bruney sultanı Həsənal Bolkiah gəlinlərindən birini ona qarşı hörmətsizlik etdiyinə görə bütün kral titullarından məhrum edib.
Bizim.Media xəbər verir ki, 33 yaşlı Pengiran Raabi’atul Adawiyyah 80 yaşlı sultana qarşı “hörmətsizlik” etməkdə və kral ailəsinin üzvünə yaraşmayan davranış nümayiş etdirməkdə ittiham olunub. Bu barədə Bruneyin milli yayımçısı RTB News məlumat yayıb.
Rəsmi açıqlamada qadının konkret olaraq hansı hərəkətinə görə cəzalandırıldığı açıqlanmayıb. Hadisənin digər təfərrüatları da təqdim edilməyib.
Titulların ləğvi barədə qərar sultanın şəxsi göstərişi əsasında qəbul olunub.
Pengiran Raabi’atul Adawiyyah 2015-ci ildə şahzadə Abdul Maliklə ailə qurub. Onların toyu kral sarayında 10 gün davam edən təmtəraqlı mərasimlərlə keçirilib.
Cütlüyün dörd övladı var. Onların qızları — şahzadələr Mutia (10 yaş), Fatiya (8 yaş), Xalişa (6 yaş) və Nabila (16 aylıq) — kral titullarını qoruyub saxlayıblar.
Sarayın açıqlamasına görə, ananın titullarından məhrum edilməsi onun övladlarının kral ailəsindəki statusuna təsir göstərməyib.
Şahzadə Abdul Malik Bruney taxt-tacına namizədlər sırasında dördüncü yerdədir.
80 yaşlı Həsənal Bolkiah dünyanın ən uzun müddət hakimiyyətdə olan hazırkı monarxı hesab olunur. O, Bruneyin 1984-cü ildə Böyük Britaniyadan müstəqillik əldə etməsindən bəri ölkəni mütləq monarx və baş nazir kimi idarə edir.
Sultan daha əvvəl də beynəlxalq qalmaqalın mərkəzinə düşüb. Aktyor Corc Kluni və müğənni Elton Con Bruneydə homoseksual münasibətlər və nikahdankənar əlaqələrə görə ölüm cəzasının tətbiq edilməsi planlarına açıq şəkildə etiraz etmişdilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:00 / 16.08.2026
Bruney sultanı gəlinini kral titullarından məhrum etdi
Hazırda oxunan: Bruney sultanı gəlinini kral titullarından məhrum etdi
Hazırda oxunan: Bruney sultanı gəlinini kral titullarından məhrum etdi
631368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































