İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin İran və bölgəyə qarşı siyasətini rus yazıçısı Fyodor Dostoyevskinin məşhur fikri ilə tənqid edib.
Bizim.Media xəbər verir ki, Bəqayi “X” hesabında “Karamazov qardaşları” romanından sitat gətirərək, ABŞ-nin idarəetmə sistemi və xarici siyasətinin “yalanlara həddindən artıq güvənməsi” səbəbindən reallığı düzgün qiymətləndirə bilmədiyini bildirib.
O, Dostoyevskinin əsərindən bu fikri paylaşaraq yazıb:
“Əsas məsələ özünə yalan danışmamaqdır. İnsan özünə yalan danışdıqda və öz yalanlarını dinlədikdə elə bir vəziyyətə düşür ki, artıq nə öz daxilində, nə də ətrafında heç bir həqiqəti ayırd edə bilir”.
Bəqayi bu sitatın ABŞ-nin İran və regionla bağlı siyasətinin hazırkı vəziyyətini əks etdirdiyini bildirib.

Bizim.Media





































































































