Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Hazırda oxunan: Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

631329

2026-cı ilin ilk yarısında Rusiyada miqrasiya qanunvericiliyini pozan 16 028 əcnəbi məcburi qaydada ölkədən çıxarılıb.

Bizim.Media xəbər verir ki, u barədə Moskva üzrə Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb edilən və Rusiyada qalma qaydalarını pozan şəxslərin ölkədən çıxarılması təmin edilib.
 

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. 2025-ci ilin ilk altı ayında Moskvadan 8 312, 2024-cü ilin eyni dövründə isə təxminən 5,1 min əcnəbi deportasiya edilmişdi.


Ümumilikdə isə 2026-cı ilin ilk altı ayında məhkəmə icraçıları Rusiyadan 44,7 min əcnəbini məcburi qaydada çıxarıb. Beləliklə, bütün deportasiyaların təxminən 36 faizi Moskvanın payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin