ABŞ İranla danışıqlar aparır -Tramp

Hazırda oxunan: ABŞ İranla danışıqlar aparır -Tramp

627354

ABŞ Prezidenti Donald Tramp Vaşinqton administrasiyasının İranla danışıqlar apardığını açıqlayıb.
 
Bizim.Media
xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
 
"Biz onlarla danışıqlar aparırıq", – deyə Ağ Evin rəhbəri bildirib.
 
Onun sözlərinə görə, İran ABŞ ilə danışıqlara indiyədək olduğundan daha ciddi yanaşır.
 
Tramp münaqişənin həlli üçün İran nümayəndələrinin təkliflərini dinləməyə hazır olduğunu bildirib.

 
"Onlar çox razılaşma əldə etmək istərdilər. Düşünmürəm ki, onlar buna hazırdırlar. Düşünmürəm ki, hələ vaxtdır. Mən onları dinləməyə hazıram. Amma biz onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik."
 
Bununla yanaşı, Tramp İrana qarşı genişmiqyaslı zərbələrin endirilməsi ilə bağlı hələ yekun qərar vermədiyini də vurğulayıb.
 

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İranla müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı hücumları bərpa edib.


Bundan sonra ABŞ hərbçiləri İrana qarşı bir neçə hücum həyata keçirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bu əməliyyatların Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı İranın hərəkətlərinə cavab olaraq həyata keçirildiyini iddia edib.
 
İran isə cavab olaraq Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb. Tehran eyni zamanda Vaşinqtonu hərbi əməliyyatların dayandırılması barədə memorandumun şərtlərini pozmaqda ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin