Tanınmış iş adamı oteldən yıxılaraq öldü

Hazırda oxunan: Tanınmış iş adamı oteldən yıxılaraq öldü

627216

"Amerikalılar" (The Americans) realiti-şousunun ulduzu, israilli iş adamı Yakir Levi ABŞ-də otelin damından yıxılaraq həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
 

Faciə iyulun 20-də axşam saatlarında Floridada, Sanni-Ayls-Biç (Sunny Isles Beach) şəhərindəki otellərdən birində baş verib.


İlkin məlumatlara görə, Levi 28-ci mərtəbəli binanın damından yerə çırpılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, iş adamının 45 yaşı var idi. O, İsraildə dəfn olunacaq.

Qeyd edək ki, Yakir Levi İsraildə doğulub, daha sonra ABŞ-yə köçüb. Amerikada təbii fəlakətlərdən zərər çəkmiş binaların bərpası üzrə öz biznesini qurub. O, 2025-ci ildə "Channel 13" telekanalında yayımlanan və ABŞ-də böyük uğurlar qazanmış israilli mühacirlərdən bəhs edən "Amerikalılar" şousunun iştirakçısı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin