ABŞ Konqresinin Nümayəndələr Palatası Amerika Prezidenti Donald Trampdan İrana qarşı müharibəni dayandırmağı tələb edən qətnaməni qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Təşəbbüsü Konqresin aşağı palatasının 214 üzvü dəstəkləyib, 208-i isə əleyhinə səs verib. Eyni zamanda dörd respublikaçı — Brayan Fitspatrik, Tom Barrett, Uorren Devidson və Tomas Massi də sənədin leyhinə səs verib.
Sənəd Trampı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağırır. Lakin qətnamə tövsiyə xarakteri daşıyır və parlamentarilərin mövqeyini ifadə edir. Ağ Ev administrasiyasının bu tələblərə məhəl qoymamaq hüququ var.
Bizim.Media






































































































