Tramp: “İrana kütləvi hücumu nəzərdən keçirirəm”

Hazırda oxunan: Tramp: “İrana kütləvi hücumu nəzərdən keçirirəm”

627129

ABŞ Prezidenti Donald Tramp İrana qarşı kütləvi hücum imkanını ciddi şəkildə nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə Amerika lideri "Axios" portalına açıqlamasında bildirib.

"Mən kütləvi hücum ehtimalını nəzərdən keçirirəm. Əvvəlkindən daha irimiqyaslı. Qərar qəbul etməyə yaxınam. Biz hamımız buna hazırıq", — deyə Ağ Evin rəhbəri vurğulayıb.
 

Tramp əlavə edib ki, əgər o xahiş edərsə, İsrail hərbi əməliyyatlara iki dəqiqə ərzində qoşula bilər. Lakin Amerika liderinin sözlərinə görə, İrana qarşı yeni əməliyyata başlamaq üçün ABŞ-nin heç kimə ehtiyacı yoxdur.


ABŞ Prezidenti qeyd edib ki, İran danışıqlar aparmaq istəyir, lakin respublika hələlik sazişə hazır deyil. Ağ Ev rəhbəri hesab edir ki, bu ölkə "hələ kifayət qədər ağrı hiss etməyib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin