Dünya Bankı Venesueladakı zəlzələnin vurduğu MADDİ ZİYANI açıqladı

Hazırda oxunan: Dünya Bankı Venesueladakı zəlzələnin vurduğu MADDİ ZİYANI açıqladı

627124

Dünya Bankının qiymətləndirməsinə əsasən, iyunun 24-də Venesuelada baş verən zəlzələlərin vurduğu maddi ziyan 19,6 milyard dollar təşkil edib.

Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, yaşayış binaları ümumi ziyanın 9,3 milyard dollarını təşkil edib.

Qiymətləndirməyə görə, zərərin 47 %-i yaşayış binalarının, 27 %-i infrastruktur obyektlərinin, daha 26 %-i isə qeyri-yaşayış tikililərinin payına düşüb.
 

Dünya Bankı bu qiymətləndirməni aparmaq üçün Venesuela hökumətinin və humanitar təşkilatların dəymiş ziyan barədə hesabatlarından, həmçinin seysmik kəşfiyyat mütəxəssislərinin məlumatlarından istifadə edib.


"Vaxtında qoyulacaq əlavə investisiyalar olmasa, istehsal güclərinə və həyat səviyyəsinə mənfi təsir bərpa prosesini ləngidəcək", — deyə Dünya Bankının vitse-prezidenti Süzana Kordeyro Qerra qeyd edib.

Xatırladaq ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 baş gücündə dağıdıcı zəlzələlər olub. Son bir ay ərzində isə Venesuelada 1,4 min avterşok (təkan) qeydə alınıb. Ən çox dağıntı sahilyanı La-Quayra ştatında baş verib. Venesuela hakimiyyətinin son məlumatlarına görə, 5,3 min insan həlak olub, 16,7 min nəfər isə xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin