Hindistan rəsmiləri yerli sakinlərin etirazları fonunda Yeni Dehlinin mərkəzində mobil internet xidmətlərinin müvəqqəti dayandırılması barədə göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, müvafiq sərəncam yerli telekommunikasiya şirkətlərinə daxil olub. Sözügedən qərarın ictimai asayişin təmin edilməsi məqsədilə qəbul edildiyi iddia olunur.
İyulun 20-də "Cockroach Janta Party" (CJP) gənclər hərəkatı tərəfindən təşkil edilən icazəsiz "Chalo Sansad" yürüşündən sonra Yeni Dehlidə gərginlik davam edir.
Minlərlə etirazçı təhsil naziri Dharmendra Pradhanın istefasını və dövlət imtahanları sistemində islahatların aparılmasını tələb edərək parlament binasına doğru yürüş edib.
Bizim.Media





































































































