Çexiyanın cənubundakı Dobronitse-u-Xınova kəndi yaxınlığında furqon və qatar toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə Çexiyanın "Idnes" xəbər portalı məlumat yayıb.
Portalın məlumatında qeyd olunur ki, zərbənin gücündən qatar relsdən çıxıb. Hadisə nəticəsində dörd nəfərin yaralandığı və onların hamısının xəstəxanaya çatdırıldığı bildirilib.
Dəmir Yollarında Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin mətbuat katibi Martin Kavka bildirib ki, hadisə yerində polis, xilasedicilər və yanğınsöndürənlər var. Toqquşma zamanı dizel qatarının bir vaqonu relsdən çıxıb. Sərnişinlər qatardan təxliyə ediliblər.
Bizim.Media





































































































