"Ukrayna Azərbaycandan nümunə götürməlidir" – Qordon və Batsmanın ölkəmizlə bağlı TƏƏSSÜRATLARI – VİDEO

Hazırda oxunan: "Ukrayna Azərbaycandan nümunə götürməlidir" – Qordon və Batsmanın ölkəmizlə bağlı TƏƏSSÜRATLARI – VİDEO

627104

Tanınmış ukraynalı jurnalistlər Dmitri Qordon və Alesya Batsman müəllifi olduqları verilişdə Azərbaycanı yüksək qiymətləndirərək, Bakını beynəlxalq danışıqlar üçün ideal platforma adlandırıb, Qarabağın bərpası təcrübəsinin isə ən diqqətlə öyrənilməyə layiq nümunələrdən biri olduğunu bildiriblər.

Bizim.Media "day.az"a istinadən xəbər verir ki, Dmitri Qordonun sözlərinə görə, Azərbaycan ağır sınaqlardan keçərək işğal altında olan ərazilərini geri qaytaran və həmin ərazilərin bərpası ilə bağlı dünyaya səmərəli yanaşma nümayiş etdirən dövlətdir.

“Bakı ümumiyyətlə danışıqlar üçün möhtəşəm, ideal platformadır. Çünki Azərbaycan ən ağır müharibələrdən keçmiş və işğal olunmuş ərazilərini geri qaytarmağı bacaran dövlətdir. Bu, Ukrayna üçün böyük nümunədir. Azərbaycan mahiyyət etibarilə sülhsevər dövlətdir və burada təhlükəsiz, məhsuldar danışıqlar üçün, şübhəsiz ki, bütün şərait yaradılacaq”, – deyə o bildirib.

Jurnalist həmçinin etiraf edib ki, Bakı dünyada yaşamaq istədiyi azsaylı şəhərlərdən biridir.

“Bakıda yaşayardım. Oranı çox bəyənirəm. Bakı çox gözəl bir Avropa şəhəridir”, – deyə Qordon qeyd edib.

O çıxışında Azərbaycanın bölgədə suverenliyini bərpa etməsindən sonra Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə də xüsusi diqqət ayırıb.

Qordon həmçinin Avropa dövlətlərinin Azərbaycana fərqli prizmadan baxmalı olduqlarını bildirib.

“Mən çox istəyirəm ki, Azərbaycan AŞPA-da olsun, Bakının yeri oradadır. Çox istəyirəm ki, Avropa dövlətləri Azərbaycana başqa cür, fərqli bucaqdan baxsınlar. Azərbaycan xalqı qədim ənənələrə malik gözəl və qonaqpərvər xalqdır”, – deyə o qeyd edib.

Alesya Batsman isə öz növbəsində bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərin reinteqrasiyası ilə bağlı təcrübəsi Ukrayna üçün xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Azərbaycan dövləti Qarabağa sakinlərin geri qayıtması üçün kompleks stimullaşdırma sistemi yaradıb. O bildirib ki, geri qayıdanlara müasir mənzillər ödənişsiz təqdim olunur, müxtəlif sahələrdə çalışanlar, o cümlədən müəllimlər üçün isə ölkənin digər bölgələri ilə müqayisədə daha yüksək əməkhaqqı nəzərdə tutulub.

Bundan əlavə, Batsman Qarabağda təhsil infrastrukturunun inkişafına da diqqət çəkib. Onun sözlərinə görə, bölgədə yeni universitetlər açılır.

Həmin ali məktəblər təhsil proqramları çərçivəsində ABŞ və Avropanın aparıcı ali məktəbləri ilə əməkdaşlıq edəcəklər.

“Mən hesab edirəm ki, bu təcrübə bizim üçün çox vacibdir. Çünki tarixlərimizdə çoxlu oxşarlıqlar var”, – deyə jurnalist vurğulayıb.

Dmitri Qordon və Alesya Batsmanın Azərbaycan və Qarabağın bərpasına həsr olunmuş söhbətinin tam fraqmentini təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin