Fransa Böyük Britaniyadan sonra Tehrandakı səfirliyinin bütün əməkdaşlarını İrandan təxliyə edib.
Bizim.Media xəbər verir ki, bu qərar Böyük Britaniyanın oxşar addımından və Tehranda fransalı diplomatların İranın xüsusi xidmət orqanları tərəfindən təzyiq və fiziki zorakılığa məruz qalması ilə bağlı insidentdən sonra qəbul olunub.
Fransanın xarici işlər naziri Jan-Noel Barro hadisəni “son dərəcə ciddi və qəsdən törədilmiş hücum” adlandırıb. O bildirib ki, bu, diplomatik toxunulmazlığın kobud şəkildə pozulmasıdır.
“Tamamilə aydındır ki, bu hadisə nəticəsiz qalmayacaq. Bu, qanunsuz və qəbuledilməz hərəkətdir”, – deyə nazir vurğulayıb.
Barro əlavə edib ki, sözügedən diplomatlar artıq Parisə qayıdıblar və onlara lazımi yardım göstərilir.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi isə Tehrandakı diplomatik heyətin təxliyəsini ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqələndirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:24 / 23.07.2026
Britaniyadan sonra Fransa da Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə etdi
Hazırda oxunan: Britaniyadan sonra Fransa da Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə etdi
Hazırda oxunan: Britaniyadan sonra Fransa da Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə etdi
627102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































