Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU

Hazırda oxunan: Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU

627090

Rusiyanın neft emalı zavodlarına (NEZ) Ukraynanın endirdiyi zərbələrdən sonra rəsmi Moskva Hindistanda öz neftindən istehsal olunan benzini idxal etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Financial Times nəşri yayıb.

Məlumata görə, Rusiyaya Hindistanın Vadinar neft emalı zavodundan 42 min ton benzin göndərilir.

Zavodun 49 faizi Rusiyanın "Rosneft" şirkətinə məxsusdur və burada emal olunan neftin 90 faizdən çoxu Rusiyadan tədarük edilir.

Nəşr qeyd edir ki, nəticədə maraqlı bir sxem yaranıb: Rusiya nefti Hindistana ixrac olunur, orada benzinə çevrilir, daha sonra isə Ukrayna zərbələri nəticəsində zədələnmiş Rusiya NEZ-lərinin yaratdığı çatışmazlığı aradan qaldırmaq üçün yenidən Rusiyaya satılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin