Xalq artisti Tofiq Mirzəyev İsraildə DƏFN OLUNDU

Hazırda oxunan: Xalq artisti Tofiq Mirzəyev İsraildə DƏFN OLUNDU

626917

Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunub.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, dəfn mərasimində Xalq artistinin ailə üzvləri, İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi iştirak edib.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev iyulun 21-də gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.
 

Xatırladaq ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülən sənətçi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.


O, 2022-ci il iyunun 14-də Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və həmin tarixdə "Şöhrət" ordeninə layiq görülüb. Tofiq Mirzəyev "Nəsimi", "Üzeyir ömrü", "O qızı tapın", "Onun bəlalı sevgisi", "Uşaqlığın son gecəsi", "İstintaq" kimi filmlərdə rol alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin