Bazarlarda etiketsiz satılan ağartı məhsulları etiketlənəcək.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək:
"AQTA dövlət hesabına bazarlarda əvvəllər etiketsiz satılan ağartı məhsulların etiketlənməsini həyata keçirir. Artıq "Yaşıl bazar"da məhsulların etiketlənməsi prosesi başlayıb. Yaxın zamanlarda digər bazarları da əhatə edəcək".
Bəs bu qərarın icrası nə qədər real və effektivdir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, sözügedən qərarın həyata keçirilməsi çox əhəmiyyətlidir:
“Çünki istehlakçıların hüquqlarının ən çox pozulduğu yer bazarlardır. Burada etiketsiz kampotlar, mürəbbələr, kolbasalar, yağ-pendir və s. satılır. Halbuki qida təhlükəsizliyi baxımından bu məhsulların etiketlənməsi çox vacibdir. Lakin bu proses elə həyata keçirilməlidir ki, qiymət artımına təkan verməsin.
Nazirlər Kabinetinin 94 saylı qərarına görə bütün mallar qablaşdırılmlı və etiketlənməlidir. Məhsulun istehsal və saxlanma müddəti göstərilməlidir. Avropa ölkələrində açıq şirniyyat satışına rast gəlmək mümkün deyil. Bizdə isə konfet və şokaladlar açıq şəkildə vitrinlərə düzülür. Belə vəziyyətdə onun nə zaman istehsal olunduğunu və yaxud istifadə müddətini öyrənmək qeyri-mümkündür.
Ona görə də AQTA-nın yeni təşəbbüsü normaldır. Lakin onun icrası zamanı sahibkarların incidilməməsinə təminat vermək çox çətindir. Çox təəssüf ki, praktikada görürük ki, istənilən təşəbbüs qiymət artımına səbəb olur”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
13:30 / 22.07.2026
Süd məhsulları ilə bağlı YENİ TƏLƏB – Qiymətlər yüksələcək?
Hazırda oxunan: Süd məhsulları ilə bağlı YENİ TƏLƏB – Qiymətlər yüksələcək?
Hazırda oxunan: Süd məhsulları ilə bağlı YENİ TƏLƏB – Qiymətlər yüksələcək?
626805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































