Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Hazırda oxunan: Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

622741

Günəşdəki bir neçə ləkə qrupu bir-birinə təsir göstərir ki, bu da tez-tez güclü partlayışlara səbəb olur.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Məlumatda deyilir ki, partlayışın qrafikinə əsasən, Günəşdəki ləkə qruplarının kifayət qədər ciddi şəkildə sıxıldığı görünür.

Hesabata əlavə edilmiş Günəş partlayışlarının qrafikinə əsasən görünür ki, ulduzda "M" sinfinə aid beş güclü partlayış baş verib.
 

Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu Günəşdə baş verən güclü alovlanmadan sonra Yer kürəsinə güclü maqnit qasırğasının daxil olacağını qeyd etmişdi.


Alimlər vurğulayıblar ki, partlayışın dalğası iyulun 2-si Bakı vaxtı ilə saat 22:00-dan 01:00-dək olan müddətdə Yer kürəsinə çatacaq. Qasırğanın 2026-cı ilin mart ayından bəri ən güclü qasırğa olacağı və "G3" səviyyəsinə çatacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin