Roma Papası məşhur repçinin pərəstişkarı imiş...

Hazırda oxunan: Roma Papası məşhur repçinin pərəstişkarı imiş...

618667

Roma Papası XIV Leo puerto-rikolu reper Bad Bunninin sadiq pərəstişkarı çıxıb.

Bizim.Media xəbər verir ki, ötən həftəsonu İspaniyaya səfəri çərçivəsində pontifik Madriddə ulduz musiqiçi ilə qapalı, şəxsi görüş keçirib.

Vatikanın rəsmi nümayəndəsinin verdiyi məlumata görə, Katolik kilsəsinin rəhbəri sənətçinin ailəsinə və yaxın ətrafına da vaxt ayırıb.

Hələ İspaniyaya gedərkən verdiyi müsahibədə 70 yaşlı XIV Leo ironiya ilə bildirib ki, əgər Madrid sakinləri onun dini ibadəti əvəzinə ifaçının möhtəşəm şousuna getməyə üstünlük versələr, onları tamamilə anlayacaq.

Pontifik gülümsəyərək etiraf edib ki, insanlar Bad Bunni ilə Roma Papası arasında seçim etməli olsalar, çoxluq musiqiçini seçəcək:

"Buna baxmayaraq, ümid edirəm ki, mənimlə görüşə də bir neçə nəfər gələcək və bu, özlüyündə böyük məna kəsb edəcək".

Görüşün təşəbbüskarı kim olub?: Əsl adı Benito Antonio Martines Okasio olan 32 yaşlı sənətçi Roma Papası ilə audensiya (görüş) üçün özü şəxsən müraciət edib. Vatikan rəsmiləri pontifiklə əl sıxışan zaman musiqiçinin duyğulandığını təsdiqləyiblər.

Kral ailəsi də konsertdə: Bad Bunninin İspaniya paytaxtındakı konserti onun irimiqyaslı dünya turnesi çərçivəsində baş tutub və bazar günü reallaşan bu şounu hətta kral ailəsinin üzvləri də izləyib. Stadionun VİP lojasında İspaniya şahzadələri Leonor və Sofiya reperin treklərinin sədaları altında əyləniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin