ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

Hazırda oxunan: ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

610936

ABŞ ordusuna məxsus iki hərbi qulluqçu Mərakeşdə keçirilən beynəlxalq hərbi təlim zamanı itkin düşüb.

Bizim.Media xəbər verir ki, hadisə “African Lion 2026” təlimləri çərçivəsində, ölkənin Tan-Tan şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, hərbçilər mayın 2-də təlim zonasında yoxa çıxıblar. ABŞ Afrika Komandanlığı (AFRICOM) faktı təsdiqləyib və hazırda genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının aparıldığını bildirib.

Hərbçilərin taleyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “African Lion” təlimləri ABŞ və tərəfdaş ölkələrin iştirakı ilə keçirilən ən böyük hərbi manevrlərdən biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin