İŞİD-in məxfi idarəçilik sistemi - FOTO

Hazırda oxunan: İŞİD-in məxfi idarəçilik sistemi - FOTO

55863
Ərazisinin böyüklüyünə görə, İŞİD artıq İngiltərəni ötüb keçib.

İŞİD-in məxfi idarəçilik sistemi üzə çıxdı.

Moderator.az -ın məlumatına görə, Axar.az ingiltərənin “Deyli Meyl” qəzetinə istinadən xəbər verir ki, İraq və Suriyada geniş bir əraziyə nəzarət edən terror təşkilatının bu idarəçilik sistemi mütəxəssisləri olduqca təəccübləndirib.

İŞİD-in əməliyyatlarını “İerarxiya” adlı bir sistemlə icra etdiyini deyən qəzet təşkilatın neft satışı və daxili işlər kimi məsələlərdə fərqli metodları olduğunu bildirib.

Əbu Əbdül Rəhman əl-Bilavinin evində tapılan yaddaş kartının içində olan məlumatlara əsasən hazırlanan idarəçilik sistemi Əl-Qaidədən tamamilə fərqlənir. Əl-Qaidədə qərarları Ayman əl-Zavahirinin yaxın ətrafı verirdisə, burada məsələ bir az fərqlidir.

“Terrorizm Araşdırma və Analiz Konsorsiumu”nun araşdırmasına görə, təşkilatın hər bir qurumunun məsul şəxsi İŞİD-in özünü “Xəlifə” elan edən lideri Əbubəkr əl-Bağdadiyə təyin olunmuş vaxtlarda hesabat verir. Bağdadinin İraq və Suriya üçün ayrı-ayrılıqda  iki köməkçisi var. Hər köməkçinin də müvafiq ölkələri idarə etmək üçün 12 valisi var. 

                        
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin