Saakaşvili: “Putin Ukrayna məsələsində çox uzağa gedib”

Hazırda oxunan: Saakaşvili: “Putin Ukrayna məsələsində çox uzağa gedib”

51747
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Rusiya prezidenti Vladimir Putinin Ukrayna məsələsində vəziyyətə nəzarəti itirdiyini bildirib.
 
APA-nın “Ukrinform”-a istinadən verdiyi xəbərə görə, M. Saakaşvili Ukraynanın yerli telekanalına müsahibəsində bildirib ki, son aylar Ukraynada dəfələrlə səfərdə olub: “İnsanlar islahatlar haqqında danışırlar, onlar korrupsiyanın qarşısını almaq istəyirlər, köhnə praktikanın davam etməsinə qarşıdırlar. Həqiqətən də, insanlar müharibəyə səfərbər olublar, lakin bu onların ən son istədiyi şeydir. Baxmayaraq ki, Ukrayna xalqının seçimi yoxdur, düşünürəm ki, Rusiyanın da perspektivi yoxdur. Putin artıq təhlükəsiz vəziyyəti bərpa etmək iqtidarında deyil. O, nəzarəti itirib. Krımın işğalı ona çox asan göründü və ehtimal edirdi ki, Ukraynanın şərqi, cənubu ayrılacaq və Kiyev təslim olacaq, böyük Rusiya imperiyası yenidən bərpa ediləcək. Lakin Putin Ukrayna məsələsində çox uzağa gedib və Rusiya üçün itkilər labüddür. Biz ümid edirik ki, Ukrayna özünü ən pisdən qoruya biləcək. Ən pis olan isə tammiqyaslı işğaldır. Təbii ki, Putin müxtəlif variantları nəzərdən keçirir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin