Avropadan gələn isti hava kütlələrinin təsiri ilə Rusiyanın cənub bölgələrində havanın temperaturunun +35–37°C-yə qədər yüksələcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına "Meteo" proqnozlaşdırma mərkəzinin sinoptiki Aleksandr İlyin məlumat verib.
Sinoptik qeyd edib ki, iyunun ortalarından etibarən Avropa ölkələrində anomal isti hava şəraiti hökm sürür və bəzi yerlərdə termometrlərin göstəricisi +40°C-yə çatıb.
Onun sözlərinə görə, həmin isti hava kütlələri tədricən yerini dəyişir:
"Bu hava kütlələri ilk növbədə Macarıstan, Serbiya və bütövlükdə Balkan yarımadasında müşahidə olunacaq. Daha sonra isə Qara dəniz sahilindəki bölgələrə daxil olacaq, Qara dəniz üzərində bir qədər transformasiyaya uğrayaraq soyuyacaq və Rusiyanın cənubuna +35–37°C dərəcə isti gətirəcək”.
Qeyd edək ki, ekoloqlar sözügedən hava kütlələrin Azərbaycana da gələcəyini proqnozlaşdırırlar.
Onların bildirdiyinə görə, isti hava kütlələri, yəni atmosferin yuxarı qatlarında yaranan yüksək təzyiq və istilik effekti tədricən Cənubi Qafqaza doğru hərəkət etməyə başlayıb. Bir müddətdən sonra bunun təsirlərini Azərbaycanda da görəcəyik və anomal hava şəraitinin baş verməsi gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:50 / 01.07.2026
Avropadakı anomal istilər Qara dənizə ÇATDI – Azərbaycana doğru gəlir...
Hazırda oxunan: Avropadakı anomal istilər Qara dənizə ÇATDI – Azərbaycana doğru gəlir...
Hazırda oxunan: Avropadakı anomal istilər Qara dənizə ÇATDI – Azərbaycana doğru gəlir...
622562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































