Fransada 2027-ci il prezident seçkilərinin birinci turunun aprelin 18-də, ikinci turunun isə mayın 2-də keçirilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Ouest-France qəzeti məlumat yayıb.
Fransa Konstitusiyasına əsasən, prezident seçkilərinin birinci turu fəaliyyət göstərən dövlət başçısının səlahiyyət müddətinin başa çatmasına 35–20 gün qalmış keçirilməlidir.
Hazırkı prezidentin mandatı gələn il mayın 14-də başa çatdığı üçün qanuni müddət 9–24 aprel tarixlərini əhatə edir.
Hökumət tərəfindən bu məsələ ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:42 / 01.07.2026
Fransada prezident seçkiləri keçiriləcək – TARİX AÇIQLANDI
Hazırda oxunan: Fransada prezident seçkiləri keçiriləcək – TARİX AÇIQLANDI
Hazırda oxunan: Fransada prezident seçkiləri keçiriləcək – TARİX AÇIQLANDI
622590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































