Xırdalanda qapaqsız lüklə bağlı şikayətə icra hakimiyyətindən reaksiya - VİDEO

Hazırda oxunan: Xırdalanda qapaqsız lüklə bağlı şikayətə icra hakimiyyətindən reaksiya - VİDEO

622579

Abşeron rayonunun Xırdalan şəhərində qapaqsız lükün hərəkət iştirakçılarına təhlükə yaratması barədə şikayət olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Xırdalan şəhərinin Heydər Əliyev prospektində yağış sularının axıdılması üçün nəzərdə tutulan lükün qapağı yoxdur.

"Açıq vəziyyətdə qalan lük həm nəqliyyat vasitələrinin sürücüləri, həm də piyadalar üçün ciddi təhlükə yaradır", - deyə şikayətdə bildirilir.

Abşeron Rayon İcra Hakimiyyətindən oxu.az-a bildirilib ki, problem artıq aradan qaldırılıb, lük qapaqla təmin olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin