Lukaşenko İndoneziyada Sovet İttifaqı dövrünü niyə xatırladı? – FOTO-VİDEO

Hazırda oxunan: Lukaşenko İndoneziyada Sovet İttifaqı dövrünü niyə xatırladı? – FOTO-VİDEO

622564

Belarus Prezidenti Aleksandr Lukaşenkonun İndoneziyaya rəsmi səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, Belarus liderinin təyyarəsi İndoneziya paytaxtına yaxınlaşarkən ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərəfindən qarşılanıb və müşayiət olunub.
 

"1 nömrəli bort" Cakartanın Halim Perdanakusuma adına beynəlxalq hava limanında eniş edib. Ali qonağın şərəfinə rəsmi protokola uyğun olaraq fəxri qarovul dəstəsi düzülüb, qırmızı xalı sərilib və yerli xalq rəqslərindən ibarət mədəni proqram təqdim olunub. Diqqətçəkən məqamlardan biri də Prezidentin səfər zamanı istifadə edəcəyi limuzinin üzərində rəmzi olaraq "BELARUS" dövlət qeydiyyat nişanının yer alması olub.


Səfərin proqramına daxil olan ilk tədbir İndoneziya Hökumətinin üzvləri ilə görüş olub. Danışıqların gündəliyinə mühüm birgə investisiya layihələrinin icrasının müzakirəsi daxil edilib.

Qeyd olunub ki, rəsmi səfərdən dərhal əvvəl Cakartada başa çatan Belarus-İndoneziya biznes forumunda tərəflər arasında 76 milyon dollar dəyərində müqavilələr imzalanıb.

Görüş zamanı İndoneziya rəsmilərinə müraciət edən Aleksandr Lukaşenko ölkəsinin geniş əməkdaşlığa hazır olduğunu vurğulayıb:

"Əgər sizin üçün edə biləcəyimiz bir şey varsa, buyurun, sizi Belarusda gözləyirik. Bizim istehsal şirkətlərimizə, müəssisələrimizə baxın. Sizi maraqlandıran hər bir layihənin reallaşdırılması mümkündür. İndoneziya ilə əməkdaşlıqda bizim üçün heç bir qapalı mövzu yoxdur. Əksinə, biz əlaqələrimizi genişləndirmək istəyirik, ona görə də gəlin razılığa gələk".
 

Belarus lideri ölkəsinin texnoloji potensialına da toxunaraq, bu texnologiyaların köklərinin Sovet İttifaqı dövrünə gedib çıxdığını və ötən müddət ərzində ciddi şəkildə modernləşdirildiyini qeyd edib. O, İndoneziyanın qarşıya qoyduğu inkişaf hədəflərinə çatmaq yolunda Belarus texnologiyalarının böyük fayda verə biləcəyini diqqətə çatdırıb.


Lukaşenko iki ölkə arasında əməkdaşlığın bürokratik əngəllər (yubanmalar) olmadan və tam şəffaflıq prinsipi ilə qurulmasının vacibliyini ifadə edib.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin