Vens: "Trampın İranı bombalamaq niyyəti yoxdur” – VİDEO

Hazırda oxunan: Vens: "Trampın İranı bombalamaq niyyəti yoxdur” – VİDEO

622569

ABŞ-ın vitse-prezidenti Cey Di Vens ölkə rəhbərliyinin İrana qarşı siyasəti və administrasiyanı kəskin tənqid edən dairələrin mövqeyi barədə danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə vitse-prezident media qurumlarına müsahibəsində bildirib.

Vens ABŞ-ın xarici siyasət kursunu tənqid edən və İrana qarşı hərbi güc tətbiq olunmasını tələb edən şəxslərə kəskin etirazını bildirib:

"Onlar dünya enerji bazarlarında baş verənlərə görə siyasi mübarizəni tamamilə uduzurdular. Həmin tənqidçilərin mövqeyi sadəcə birdir: “Daha çox bomba atın, daha çox və daha çox”. Lakin onlar bunun hansı son məqsədə xidmət etməli olduğunu belə aydın izah edə bilmirlər".

Vitse-prezident vurğulayıb ki, Ağ Ev rəhbəri əsassız hərbi əməliyyatların tərəfdarı deyil və hər bir addımı konkret nəticəyə hesablayır:

"Prezident artıq zərbələr endirməyə hazır olduğunu aydın şəkildə nümayiş etdirib. Lakin bu, yalnız konkret məqsədə nail olmağa xidmət etdiyi təqdirdə mümkündür. Məhz buna görə də hazırda o, təzyiqlərin və məsuliyyətin böyük bir hissəsini öz üzərinə götürür".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin