Yaponiyalı azarkeş layk xatirinə görün nə etdi – VİDEO

Hazırda oxunan: Yaponiyalı azarkeş layk xatirinə görün nə etdi – VİDEO

622546

Dünya çempionatının dramatik matçında Yaponiya millisinin Braziliyaya son dəqiqə qolu ilə uduzmasından sonra bir yapon azarkeşin böyük çarəsizliyini əks etdirən kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb. Lakin ilk baxışdan hamını kövrəldən bu emosiyaların heç də səmimi olmadığı üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Qarşılaşmada hesabı açaraq fasiləyə 1:0 öndə yollanan Yaponiya seçməsi ("Samuray Blü") böyük sürprizə imza atsa da, ikinci hissədə Kazemironun bərabərlik, son dəqiqələrdə isə Qabriel Martinellinin qələbə qolu asiyalıların ümidlərini puç edib və "Selesao"nu 1/8 finala yüksəldib.

Məhz bu an kameralar tribunada böyük sevinc yaşayan braziliyalıların arasında tamamilə fərqli bir mənzərəyə fokuslanıb.

Mavi rəngli djersey geyinmiş və saçlarını millinin rənginə boyamış bir yapon gənc, sanki dramatik anime kadrlarından çıxmış kimi gözlərini yumaraq fəryad qoparıb və hirsindən əynindəki kimonoya bənzər örtüyü cırıb atıb. Braziliyalı azarkeşlər ona təsəlli vermək üçün öz bayraqlarını çiyinlərinə salmaq istəsələr də, o, bundan kəskin şəkildə imtina edib. Sonda isə braziliyalılar onu qucaqlayaraq idman həmrəyliyi nümayiş etdiriblər.

Bu kadrlar sosial şəbəkələrdə böyük rezonans doğurub və istifadəçilər azarkeşin "böyük acısına" şərik olduqlarını yazaraq ona dəstək nümayiş etdiriblər.

Lakin hadisənin pərdəarxası rəqəmsal dünyanın reallığını ortaya qoyub. Məlum olub ki, bu "epik dram" sadəcə baxış və layk xatirinə qurulmuş bir səhnəcikdir. Belə ki, beynəlxalq yayım kameraları həmin "fəryaddan" bir neçə saniyə əvvəl maraqlı bir detalı qeydə alıb.

Yaponiyalı gənc üzündə böyük təbəssümlə telefonunu qarşıda oturan braziliyalıya uzadaraq şaquli vəziyyətdə onun videosunu çəkməsini xahiş edib.

Azarkeşin emosiyaları saxta çıxsa da, oyunun nəticəsi tamamilə real olub. Beşqat dünya çempionları növbəti mərhələyə adlayıblar. Braziliya millisi iyulun 5-də "Nyu-York Nyu-Cersi" stadionunda Norveç millisi ilə qarşılaşacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin