Qazaxıstanda ölkənin siyasi və hüquqi sistemini kökündən dəyişdirən yeni Konstitusiya rəsmən qüvvəyə minib. Yeni Əsas Qanun dövlət idarəçiliyində bir çox mühüm yenilikləri özündə əks etdirir.
Bizim.Media sənəddə yer alan ən mühüm dəyişiklikləri təqdim edir:
Parlament sistemində islahat:
Ölkə ikipalatalı parlament modelindən (Senat və Məclis) 145 deputatdan ibarət birmənalı, birtərkibli yeni qanunverici orqana – Kurultaya keçid edir.
Yeni parlamentə seçkilərin 2026-cı ilin avqust ayına təyin edilməsi planlaşdırılır.
Vitse-prezident vəzifəsinin bərpası:
Dövlət müşaviri postu ləğv edilərək, əvəzində vitse-prezident vəzifəsi yenidən təsis olunub.
Vitse-prezident dövlət başçısının təqdimatı və Kurultayın razılığı ilə təyin ediləcək.
Dil siyasətində yeni redaktə:
Qazax dili dövlət dili statusunu qoruyub saxlayır. Bununla belə, rus dilinin dövlət müəssisələrindəki statusu ilə bağlı bənddə dəyişiklik edilib – bundan sonra rus dili qazax dili ilə "bərabər" deyil, "qazax dili ilə yanaşı" istifadə olunacaq.
Vətəndaşlıq və seçki hüququna məhdudiyyətlər:
Yeni Konstitusiya ilə ölkədə ikili və ya çoxlu vətəndaşlığa birbaşa və qəti qadağa qoyulur. Başqa ölkənin vətəndaşlığına sahib olmaq Qazaxıstan vətəndaşlığına xitam verilməsi üçün birbaşa əsas sayılacaq.
Eyni zamanda, prezidentliyə namizədlər qarşısında qoyulan tələblər də sərtləşdirilib.
Ekspertlərin fikrincə, bu islahatlar Qazaxıstanda genişmiqyaslı modernləşməyə və idarəetmə institutlarının optimallaşdırılmasına xidmət edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:45 / 01.07.2026
Qazaxıstanın yeni Konstitusiyası qüvvəyə mindi: Əsas dəyişikliklər nələrdir?
Hazırda oxunan: Qazaxıstanın yeni Konstitusiyası qüvvəyə mindi: Əsas dəyişikliklər nələrdir?
Hazırda oxunan: Qazaxıstanın yeni Konstitusiyası qüvvəyə mindi: Əsas dəyişikliklər nələrdir?
622598
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































