Venesuela səmalarında qeyri-adi və eyni zamanda füsunkar təbiət hadisəsi müşahidə olunub. Ölkənin üzərini bürüyən qırmızı rəng sakinlərin diqqətini cəlb edib.
Bizim.Media xəbər verir ki, bu barədə beynəlxalq KİV-lər məlumat yayıb.
Bəzi yerli sakinlər bu hadisəni pis əlamət kimi qiymətləndiriblər. Buna səbəb isə yaxın vaxtlarda Venesuelada təxminən 2000 insanın ölümü ilə nəticələnən iki güclü zəlzələnin baş verməsi olub.
İnsanlar baş verənlərdən təşvişə düşərək bunu yeni bir fəlakətin xəbərçisi hesab ediblər.
Lakin alimlər və mütəxəssislər sakinləri sakitliyə çağıraraq bu vəziyyətin adi bir təbiət hadisəsi olduğunu vurğulayıblar. Tədqiqatçıların sözlərinə görə, səmanın bu cür qeyri-adi rəngə boyanmasına səbəb güclü küləklərin Böyük Səhra (Sahara) səhrasından bölgəyə gətirdiyi toz dumanıdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:00 / 01.07.2026
Zəlzələdən sonra səma qırmızı rəngə boyandı: Sakinlər təşvişdə - VİDEO
Hazırda oxunan: Zəlzələdən sonra səma qırmızı rəngə boyandı: Sakinlər təşvişdə - VİDEO
Hazırda oxunan: Zəlzələdən sonra səma qırmızı rəngə boyandı: Sakinlər təşvişdə - VİDEO
622572
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































