Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Hazırda oxunan: Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

622504

Polşanın keçmiş baş naziri Mateuş Moravetski Ukraynanın "Müdrik Knyaz Yaroslav" ordenini Xelm şəhərindəki “Volın qırğını” qurbanlarının xatirə muzeyinə təhvil verdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Polşa hökumətinin sabiq rəhbəri 1 iyun 2022-ci ildə II dərəcəli "Müdrik Knyaz Yaroslav" ordeni ilə təltif edilmişdi.

Müvafiq fərman Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanmışdı. Moravetski bu mükafata Ukrayna-Polşa dövlətlərarası əməkdaşlığının möhkəmləndirilməsindəki mühüm şəxsi töhfəsinə görə layiq görülmüşdü.
 

"Mən bu ordeni “Volın qırğını” muzeyinə verirəm. Bu, muzeyi ziyarət edən hər bir şəxsə – istər Polşa, istərsə də xarici vətəndaşlara bu dəhşətli, amansız Volın cinayətinin nə olduğu barədə düşünmək üçün əlavə bir səbəb bəxş edəcək", - deyə Moravetski jurnalistlərə açıqlamasında bildirib.


Varşava və Kiyev arasında münasibətlər Polşa Prezidenti Karol Navrotskinin ukraynalı həmkarı Volodimir Zelenskini respublikanın ali mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etməsindən sonra daha da gərginləşib. Polşa lideri bu addımı Ukrayna Silahlı Qüvvələrinin briqadalarından birinə Volın qırğınını törətmiş nasist əlaltılarının adının verilməsi səbəbindən atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin