Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Hazırda oxunan: Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

622519

“Biz tarixi ilə böyük, vicdanı ilə böyük bir millətin mənsublarıyıq. Əsrlər boyu yıxılanın əlindən tutduq, darda qalanın imdadına yetişdik. Ölkəmizə sığınanlara qapılarımızı açdıq”.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Nazirlər Kabinetinin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını ilk dəfə şərh edərkən deyib.

“Əllərində çoxu uşaq və qadın olmaqla 73 min günahsız qəzzalının qanı olan cinayət şəbəkəsinin ölkəmizlə bağlı iftiralarını zərrə qədər də olsun diqqətə almırıq.
 

Bizim tariximizdə nə soyqırımı, nə qətliam, nə zülm, nə də müstəmləkəçilik var. Bizim minillik şanlı tariximizdə yalnız ədalət və mərhəmət var. Dinindən, mənşəyindən, kimliyindən asılı olmayaraq bütün məzlumlara əl uzatmaq var. İnkvizisiyadan və nasist zülmündən qaçanlara sahib çıxmaq fəziləti var.


“Taxtımı verərəm, tacımı verərəm, amma dövlətimə sığınanları təslim etmərəm” deyən qəhrəman əcdadımızın vüqarlı duruşu var. Bunu da öz tarixlərinə baxsalar, Qəzzadakı vəhşiliklərini ört-basdır etmək üçün Türkiyəyə və türk millətinə iftira atanlar hamıdan yaxşı bilirlər”, - Türkiyə lideri bildirib. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin